Poışa dövlətinin emblemi…

(Polşa əfsanəsi)
Qədim zamanlarda slavyan qəbilələri uzaq torpaqlarda yaşayırdı. Özlərini Slav adlandıran bu insanlar şən həyat sürürdülər. Ən böyük və ən güclü üç ailənin başı üç qardaş idi:Lex, Çex və Rus.
İnsanlar rəhbərlərinin böyük müdrikliyinə və gələcək uğurlarına ümidli idilər.Lakin sayları artdıqca yaxınlıqdakı sahələrdən taxıllar, meşələrdən heyvanlar, çaylardan isə balıqlar tükənməyə başladı.Onlar aclıqdan qorxmağa başladılar. Qardaşlar bu problemi həll etmək üçün yeni ərazilər axtarmağa qərar verdilər. Növbəti gün ailələrini çağırıb qərarlarını açıqladılar.Qəbilə üzvləri əvvəlcə razı olmasalar da,onların müdrikliyinə inam hissindən dolayı bir söz demədilər. Nəhayət, evlərini tərk etdikləri gün gəldi.
Yol çətin idi:gur axan çaylar,sıx meşələr,vəhşi heyvanların hücumu slavları əldən salmışdı.
Xeyli vaxtdan sonra gözəlliyi ilə heyrətə gətirən dağlara çatdılar. Onun ayaqlarında düşərgə saldılar. Sonra Lex üzünü Çex və Rusa tutaraq dedi: – Günəşi necə sevdiyimi bilirsiniz və bu dağ onun şüalarına daha yaxındır. Bura çox məhsuldardır.Burada qalacağam və xalqımın gələcəyi naminə var gücümlə mübarizə aparacağam.
Lexin qardaşlarını tərk etməsi çətin idi, amma bilirdi ki, nəticədə o,düzgün addım atır.Bir neçə gündən sonra Çex və Rus xeyir-dua verib ondan ayrıldılar.
Lex davamlı bir səfərin yorğunluğundan əziyyət çəkən xalqına baxdı:

– Yolculuğumuzun gedişində çəkdiyiniz əziyyətə heysilənməyin, inanıram ki, bu bizim yerimizdir və burada qalmalıyıq.Budur, biz burada gözəl gələcək quracağıq,-dedi.
Xalq tanrılardan onlara bu səfərin sona çatmasını göstərən bir əlamət istədi. Həmin an dağın zirvəsindən bir canlının yüksək səslə qışqırdığını eşitdilər.Slavlar onun gəldiyi yeri görmək üçün başlarını qaldırdılar və böyük bir quşun onlara tərəf uçduğunu gördülər: quşun qanadları günəşin qarşısını gözəl bir şəkildə kəsmişdi.Belə bir hadisənin mümkün olmayacağını düşünərək möcüzə olduğunu qəbul etdilər. Düşərgə saldıqları yerdə bir qala tikdilər.Həmin quşun-qartalın şərəfinə qəsəbə bir qartal yuvasının formasında inşa edildi və Gniezno adlandırıldı.Bu ağ qartal Lex ailəsinin və daha sonra bütün Polşa dövlətinin emblemi oldu.

Tərcümə etdi:

Elnur Nəhmədov
Cəlilabad rayonu, Sabirabad kənd,

2 saylı orta məktəbinin müəllimi

Share: