Sahibkarlar bu dəfə nazirə etiraz etdilər: “Susmayın!”

Hörmətli oxucularımız, Müstəqil.Az-n Azərbaycan Respublikası Vergilər Nazirliyinin Lənkəranda yerləşən, Cənub bölgəsini əhatə edən 6 saylı Ərazi Vergilər İdarəsi (ƏVİ) haqda araşdırmaları davam edir.

Ötən yazılarda, (  http://www.mustaqil.az/2018/04/24/vergi-mufəttisləri-pullarimizla-kef-edirlər-sahibkarlarin-harayi-fotolar/,http://www.mustaqil.az/2018/04/29/nazir-mikayil-cabbarov-gozdən-salinir-cənublu-sahibkarlar/, http://www.mustaqil.az/2018/05/03/14264http://www.mustaqil.az/2018/05/09/cənub-bolgəsinin-vergi-sprutu-umid-mikayil-cabbarovadir http://www.mustaqil.az/2018/05/20/mikayil-cabbarov-umidimizi-dogrultmur-sahibkarlar-od-puskurdu) xatırlatdığımız kimi, Vergi İdarəsində baş verən hadisələr, əslində böyük bir mafiyanın planlı şəkildə həyata keçirdiyi aksiyadır, desək yanılmarıq. Təəccüblüsü odur ki, ayrı-ayrı adamlarla redaksiyaya təsir etmək fikrinə düşüb, elçi göndərənlər rəsmi olaraq yazılanlar haqda münasibətlərini bildirmirlər.

Redaksiyamızla sıx əlaqə saxlayan vergi əməkdaşları və sahibkarlar bu susqunluğun səbəbini idarə işçilərinin yuxarıdan, konkret olaraq Vergilər Nazirliyi, respublikanın hüquq mühafizə orqanları, prokurorluq və Korrupsiyaya qarşı Mübarizə İdarəsindəki havadarlarının məsləhəti ilə yaratdıqları fikrindədir:

Barmaqarası yanaşmalar

“Başqa cür ola da bilməz. Necə olur ki, hər hansı şəxsləri 50-60 manat mənimsəyən kimi məsuliyyətə cəlb edənlər, 100 manat  söhbətinə görə kimi isə şərləyib işdən kənarlaşdırıb, haqqında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edib həbsini istəyənlərin dediklərinə əməl olunur, lakin dövlətin büdcəsinə vurulan bu ziyana barmaqarası yanaşılır? Bu, əslində ölkənin faciəsidir…”.

Redaksiyamızla əlaqə saxlayan mənbələr ayrı-ayrılıqda bildirirlər ki, bu susqunluğun, korrupsiya əməlinin üstünün açılmasına maraq göstərməyənlər, əslində, özlərinin haqlarını aldıqları üçün fəaliyyətsiz görünür, ölkə büdcəsinə vurulan ziyana göz yumurlar.  Ya da ölkə başçısının bu çapqınçılığa nə vaxt barmaq silkələyəcəyini gözləyirlər.

Biz isə Müstəqil.az olaraq bu ittihamlara inanmaq istəmirik. Ola bilməz ki, dövlətin əsas sütunlarından olan bu strukturlar içəridən bu qədər çürüsün. Hər şeyin zamana ehtiyacı var, deyimini bir daha əsas götürürük.

Nazirliyə etiraz

6 saylı ƏVİ-də baş verən hadisələr haqda ətraflı və dolğun yazılara Nazirliydən hər hansı bir reaksiyanın olmaması mənbə və iş adamlarının təəccübünə səbəb olur:
“Axı necə ola bilər ki, bu nazirliyin ayrı-ayrı şöbələri nazir Mikayıl Cabbarovu məlumatlandırmasın? Bu nazirliyin mətbuat xidməti hər hansı bir münasibəti bildirməsin, nazirə yazılanlar haqda məlumat verməsin? Məlumdur ki, əksər işçilər, eləcə də mətbuat katibliyi leçmiş nazirin kadrları olaraq qalmaqdadır. Düşünmək olar ki, bu kadrlar özlərinin artıq tarixin yaddaşına köçürülən bosslarına içdikləri sədaqət andına sadiq qalmaqdadırar. Yad nazir M. Cabbarov da elə Fazil Məmmədovun təcrübəsindən bəhrələnir. Əks təqdirdə tabeçiliyində olan bir idarədə baş verən bu biabarçılığa gözünün ucu ilə baxardı. ”

Hər halda düşündürücü iradlardır.

“Taxt-tac” sahibləri

Sonuncu yazıdan sonra redaksiyanın telefonuna müxtəlif zənglər gəlməkdədir. Zəng edənlərin bir qismi bu yazıların dayandırılmasını xahiş və tələb etsələr də, bəziləri isə yeni faktlarla redaksiyanı təmin etməkdədir.

Deyilənlərdən və yazılı surətdə göndərilən məlumatlardan aydın olur ki, əvvəlki materiallarda da qeyd olunduğu kimi, 6 saylı Ərazi Vergilər İdarəsində baş verən son  hadisələrin təməli, əslində Vəlihəddin Yunsurovun  idarədə  “taxt-tac” sahibi olduğu dövrdə başlamışdır. İndi bəhs edəcəyimiz  hadisə 2016-cı ilin dekabrın son günlərində, V. Yunsurovun rəhbərliyi zamanı baş vermişdi.

Yazılanlardan məlum olur ki, Nazim Tağıyev, Nicat Abdullayev və digər əməkdaşlar- ödəyicilərdən dövlət büdcəsindən daha çox  özləri və hamiləri üçün pul toplayan əməkdaşlardı.

Vəsaitlər toplanaraq ərazidən idarəyə gətirilir. Vəlihəddin Yunsurov rəhbər olduğu zamanlarda Namiq Bağırov, Seyran Vəliyev, Valeh Əliyev gizli məşvərət keçirib  yeni strukturlara şöbə, bölmə rəhbərləri seçirlər. Ödəyicilərlə əsas iş quran iki şöbəyə-Regional gəlirlər şöbəsinə Seyran Vəliyev, Kiçik sahibkarlarla iş şöbəsinə isə Valeh Əliyev təyin olunur. Regional gəlirlər şöbəsi Əlavə dəyər Vergisi ödəyiciləri ilə, Kiçik sahibkarlıqla iş şöbəsi isə sadələşdirilmiş vergi ödəyiciləri ilə işləyir. Hər şöbədə  Vergi öhdəliklərinin icrasına nəzarət bölməsi vardı kİ, bu bölmə sırf obyeklərlə işləyir. Obyeklərlə iş qurmaqda da isə Ərazi Vergilər İdarəsində Nazim Tağıyev, Nicat Abdullayevə catası əməkdaş yoxdur. Onlar ödəyiciyə xüsusi müstəvidə yanaşır, ondan nə qədər pul qoparmaq haqqında  yaxşı düşünə bilirlər. Və bunların bu kadr seçimi tez bir zamanda öz bəhrəsini verir. Vəlhəddin, Namiq, Seyran, Valeh, Nicat, Nazim  birliyi tez bir zamanda parlayır. Bunlar öz ətrafına Fariz Seyfullayev, Elçin Şahbazov, İlqar  Niftəliyev, Arzuman ,Bulud, Mircavad, Xəyyam, Nizami Əhədli, Həkim, Kamran kimi müfəttişləri yığırlar.

“Operativ nəzarət tədbirləri”

Bu komandanın üzvləri operativ vergi nəzarəti tədbirini xüsusi müstəvidə seçirlər. Hansı ödəyicidən, məsələn, dövlət büdcəsinə 1000 manat ödətdirib, birliyn büdcəsinə 3000 manat adıyla şəxsi maraqları üçün ödətdirə bilməyəcəklərsə, o ödəyiciyə “Operativ vergi nəzarəti tədbiri” haqqında qərarı açılmırdı. 01 yanvar 2017-ci il tarixdən  18 avqust 2017-ci il tarixədək bu belə davam edir. Bu tarixdən isə Ədalət Fərəcov idarəyə rəhbər təyin olunub.Məhz bu vaxta qədər açılmış “Operativ nəzarət tədbirləri” haqqında qərarların hamısı buna xidmət edib. 01 yanvar 2018-ci il tarixdən başlayaraq  Ədalət  Fərəcov və Bəhruz  Heydərov birliyi də bu qaydada qərar açır. Onlar sələflərinin təcrübəsindən səmərəli şəkildə bəhrələnirlər.

Müqəddəs üçlük…

Mənbə nəql edir: “Operativ  vergi nəzarəti tədbirlərinin birində bir gülləylə iki quş vurublar. 6 saylı Ərazi Vergilər İdarəsi bəzi  vergi fırıldaqçıları üçün həmişə açıq qapı olub. Belə vergi fırıldaqçılarından biri də Yaşar Allahverdiyev adlı şəxsdir ki, bir dəfə bu əməllərinə görə qandallanıb. Yaşar Allahverdiyev ayrı-ayrı adamların rəhbərliyi və təsisçiliyi ilə 50-dən yuxarı müəssisə yaradıb. Bunların adına Respublikaya gələn idxal mallarını yazdırıb. Hər müəssisənin adına 5-6 milyon manatlıq mal idxalı var. Bu müəssisələrin güya Biləsuvar rayonunda qışlaq deyilən yerdə obyektləri var. Amma əslində obyektin adı var, özü yoxdur. Onun bir neçə müəssisəsinə operativ nəzarət barədə qərar açılıbdı. Vergi əməkdaşları daha durub Biləsuvara olmayan obyektlərə getmədilər. Yaşar və biri qadın olmaqla iki müəssisə rəhbəri idrəyə çağrıldı. Yaşar Allahverdiyev Namiq Bağırovun, Vəlihəddin Yunsurovun, Seyran Vəliyevin -hər birinə 20-25 min mant arası hədiyyə verdi, akt idarənin otaqlarılnda yazıldı, imzalandı və möhürləndi. Onların adından alınan izahatlar İdarə rəisi sələhiyyətlərini həyata keçirən Vəlihəddin Yusurov tərfində istifadəsində olan kompüterdə yazıldı və çap olundu. Aktlar isə Seyran Vəliyevin otağında yazılıb, imzalandı və möhürləndi. Haqlı sual ortaya çıxa bilər, “Ortada maddi maraq yox idisə İdarə rəhbəri nə üçün istifadəsində olan kompüterdə onların adaından izahat yazmalı idi?”. Maddi maraq yox idisə, nə üçün Yaşar və başının dəstəsi idarəyə dəvət olunur və aktlar idarədə yazılır. Onlar deyə bilər, biz pul almamışıq. Pul əldə tutulmursa rüşvət sayılmır, axı. Amma bu faktların özü rüşvətin və korrupsiyanın olmasını sübut edir. Bəs buna nə deyə bilər müqəddəs üçlük? Və bu fakt özü önların digər əməllərinin sübutunda istifadə edilə bilməz?”.

“Akula” öz işində

Mənbə daha sonra bildirir ki, Ədalət Fərəcov bəlkə də bu yola getməzdi, təzə gəlmişdi, tanımadığı region idi. 6 saylı ƏVİ-də hər kəs bu qənaətdədir ki, Ədalət Fərəcovu az qala respublika vergi sistemində hər kəsin “akula” deyə çağırdığı  Namiq Bağırov başa salıb. Vergi mütəxəssislərinin və Namiq Bağırova məxsus qruplaşmanın gəldiyi daha bir qənaət budur ki, əslində, o, Ə. Fərəcovun “başını yemək” üçün ona bu paraqazanma yollarını  başa salıb. Hələ ki Ədalət Fərəcov  Akulanın, Eldəniz Kərəmovun, Seyran Vəliyevin, Əli Babayevin dediklərinə qulaq asıb, əməl edir. Mənbə bildirir ki, Ərazi Vergi İdarəsinin rəhbəri çox güman ki, 6 saylıdan salamat baş aparmayacaq. Hətta redaksiyamızla əlaqə saxlayan bəzi əməkdaşlar bu fikirdədir ki, əslində 6 saylı ƏVİ haqda mətbuata sızdırılan məlumatlar yuxarıda adı çəkilən üçlüyün uzaqqgörücü siyasətinin sonucu idi. Lakin düşündükləri kimi olmadı, mətbuatda obyektivliyə üstünlük verildi.

Mənbə bildirir ki, haqqında bəhs edilən ƏVİ-nin əməlləri əslində hansısa sehirli bir qüvvənin diqtəsi ilə işini bu istiqamətdə qurub ki, toplanan pulların 70-80% şəxsi büdcələrə ünvanlansın.

“Qızılçılar” olayı

Mənbə 6 saylıda qarşıdurmanın hər gün yeni çalarlarda üzə çıxmasını da diqqətə çəkir. Sanki burada hər kəs özünün həyətyanı sahəsində çalışırmış kimi özlərinin görəvlərini həyata keçirir. Mənbə, “bir faktın üzərindən də sakit keçmək olmur”, – deyir.

Hər kəs yaxşı bilir ki, Masallı rayonunda Təzə bazar deyilən yerdə qızıl dükanları var. O dükanlara  2017-ci ildə Əli Babayev operativ vergi nəzarəti tədbiri saldırıb. Əli Babayevin qardaşı həmin zaman orada işləyirdi və Əli Babayev də elə düşünüb ki, “qızılçılar” operativ vergi nəzarəti tədbirindən irəli gələn problemlərini Əli Babayev vasitəsi ilə həll edəcəklər.Lakin qızıl dükanını işlədənlər onun düşündüyünün əksini edib. Məsələni yoluna qoymaq üçün Nazim Tağıyevə 25 min manat pul veriblər (bunu idrənin əməkdaşları hamısı dəqiq bilir –red.). Bundan qəzəblənən Hacı (Əli Babyevin Həcc ziyarətində olmasını ötən yazıda qeyd etmişdik – red.) getdiyi müqəddəs yola and içib ki, bunu belə qoymayacaq. Elə andına da sadiq qalıb. Belə ki, Ədalət Fərəcov  idarəyə rəhbər təyin olunan kimi bu haqda direktora məlumat verib, illərlə birgə işlədikləri, çörək kəsdikləri həmkarını   “yandırıb”. Necə deyərlər, ötən yazımızda olduğu kimi ,“qoruq” məsələsi. Burda dövlətin maraqları güdülmür, şəxsi maraqlar önə çıxır, heç kəs digərinin qoruğuna əl uzadıb, tamah salıb, nəfsini itiliyə bilməz…

(ardı olacaq)

Ötgün

P.S Qarşı tərəfin də münasibətini yayınlamağa hazırıq

 

 

 

 

 

 

 

 

 

Share: