Azərbaycan yazıçısı Avrasiya materikinin “LiFFt-2018” ədəbiyyat festivalında qızıl medal qazandı – VİDEO

 Mayın 25-dən 28-dək Rusiya Federasiyasının Soçi şəhərində Avrasiya materikinin “LiFFt-2018” ədəbiyyat üzrə üçüncü festivallar festivalı keçirilib.  Fistivala Azərbaycandan tanınmış yazıçı Varis Yomçuyev dəvət olunub.

Yazıçımız festivalda qazandığı uğurla tarix yazlb.

Müstəqil.Az   xəbər verir ki, 38 materik ölkəsi və Rusiyanın 50 regionunun yazarlarının qatıldığı festivalda böyük ədəbiyyat forumu, müxtəlif müsabiqələr, dəyirmi masalar, ustad dərsləri, seminarlar, sərgilər, kitab təqdimatları, kitab yarmarkaları yer alıb. Festivalda yalnız bir nəfər, azərbaycanlı yazıçı Varis Yolçuyev qızıl medala layiq görülüb. Gümüş və bürünc medalları isə Çexiya, Avstriya, Rusiya, Monqolustan, Fransadan iştirak edən nümayəndələr qazanıblar.

Qeyd edək ki, bu il ilk dəfə Avrasiya festivallar festivalında Azərbaycanın və qardaş Türkiyənin də yazarları iştirak ediblər. Azərbaycan festivalda yazıçı Varislə, Türkiyə isə şair Serhat Kabaklı ilə təmsil olunublar.

Otgün

 

Share: