Elvin İntiqamoğlu “On dördüncü qızılgülü” təqdim edəcək…

Müstəqil.az xəbər verir ki, gənc,istedadlı şair Elvin İntiqamoğlunun “On dördüncü qızılgül” adlı ilk şeirlər kitabı işıq üzü görüb.

Kitabda müəllifin son illərdə yazdığı və həmçinin iştirakçısı olduğu müharibə qoxulu xatirələrinə həsr olunmuş şeirlər də yer almışdır.

Kitabın ön söz müəllifi Xalq Şairi Sabir Rüstəmxanlıdır.

6 mart ,saat 13:00-da “Dünya Gənc Türk Yazarlar Birliyinin” təşkilatçılığı ilə kitabın təqdimat mərasimi və imza günü keçiriləcəkdir.

Hər kəs dəvətlidir.

Gənc şairə yaradıcılıq uğurları arzulayırıq.

Ünvan: “AzərKitab Kitab Təbliğat Mərkəzi”

 

Aysel Səfərli

Müstəqil.az

Share: