Ekologiya Nazirliyi özünü inkar edir?! – Müəmmalı kadr dəyişikliyi

Ekologiya və Təbii Sərvətlər Nazirliyində baş verən son struktur dəyişiklikləri zamanı təyinatlar hamını heyrətləndirib.

Müstəqil.Az Peyktv.az-a istinadla xəbər verir ki, bir müddət öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytında yerləşdiriılən məlumata görə, işində “prinsipiallıq” nümayiş etdirə bilmədiyinə görə işdən çıxarılan Şabran Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Bəybala Allahyarov yenidən daha böyük vəzifəyə “layiq görülüb”.

Vəzifəsinin öhdəsindən gələ bilməmək ittihamı ilə işdən çıxarılan Bəybala Allahyarov bu dəfə Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru təyin edilib.

Maraqlıdır ki, bir müddət əvvəl işində yol verdiyi nöqsanlara görə işdən azad olunan bu şəxsə bu dəfə daha artıq və daha böyük səlahiyyətlər verməklə geniş bir əraziyə nəzarət tapşırılıb.

Saytımıza verilən məlumata görə, bu təyinatın əsas səbəbi, onun eks-nazir Hüseynqulu Bağırov və nazir müavini Firdovsi Əliyevlə olan isti münasibətləridir. Bəybala Allahyarovun indiki rəhbərliklə xüsusi yaxın və müəmmalı işgüzar münasibətlərinin olduğu bildirilir.

Müstəqil.Az

Share: