İctimai nəqliyyatda gediş haqqı ləğv edildi

Estoniyada demək olar ki, ölkənin bütün ərazisində ictimai nəqliyyatda gediş haqqı pulsuz edilib.

Müstəqil.Az Peyktv.az-a istinadla xəbər verir ki, sərnişinlər iyulun əvvəlindən Estoniyanın 15 regionunun 11-də, sərnişin avtobuslarından pulsuz istifadə etməyə başlayıb.

Bu barədə məlumatı Estoniyanın İqtisadiyyat və infrastruktur naziri Kadri Simson verib.

Simsonun sözlərinə görə, hakimiyyət şəhərə köçən kənd əhalisini dayandırmaq və ətraf mühitin mühafizəsinə sərmayə qoymaq istəyir. Bundan başqa, Tallində hesab edirlər ki, pulsuz nəqliyyat, yüngül avtomobillərin istifadəsini azalda bilər.

2017-ci ildə Estoniya parlamenti 2030-cu ilə kimi yanacaq istehlakının 2012-ci ildəki səviyyədə saxlanılmasını qarşıya məqsəd qoyub. Simsonnun sözlərinə görə, hakimiyyət insanları daha ekoloji nəqliyyat yollarından istifadə etməyə cağırmalıdır.

Tallində ictimai nəqliyyat 2013-cü ildən pulsuz olsa da, bu, ancaq yerli sakinlər üçün nəzərdə tutulmuşdu. Tallindən fərqli olaraq Estoniyanın 11 regionunda pulsuz nəqliyyatdan qeydiyyat ünvanından aslı olmayaraq, şəhər sakinlərindən tutmuş turistlərə qədər hər kəs istifadə edə bilər. Bu layihə dövlət büdcəsindən maliyyələşdirilir.

Mənbə: Finmarket

Share: