Bu şəhər hara gedib? – Elçin İSGƏNDƏRZADƏNİN şeiri

Son arzusuydu… –
qadın bircə dəfə doğma şəhərini
görmək istəyirdi.
Onu Ağdamın yaxınlığına gətirdilər, –
beş barmağı kimi tanıdığı ana yolun
getdiyi səmtə baxdı…
Şəhərin yerindəki xarabalıq göz işlədikcə uzanırdı-
nə ağ evlər, nə ağaclar, nə də bir yaşam vardı.
Qadın heyrətlə pıçıldadı, –
-bu şəhər hara gedib?
Ağdam bu gün-Fotolar - Xalq.Az
Share: