ASCO sədri Rauf Vəliyev “ASCO Türkiyə”nin İstanbuldakı ofisində olub…

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Rauf Vəliyev 17-18 avqustda “ASCO Türkiyə”nin İstanbuldakı ofisində və Altınova/Yalova bölgəsində yerləşən Gürdesan tərsanəsində təmir edilən “Natavan”, “Qafur Məmmədov” və “Üzeyir Hacıbəyli” quru yük gəmilərində olub və heyət üzvləri ilə görüşüb.

Bu haqda Müstəqil.Az “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin sosial şəbəkədəki qrup səhifəsindən məlumat əldə edib.

Bir 8 nəfər şəkili ola bilər

Məlumatda bildirirlilr ki, ASCO sədri xarici sularda istismar olunan gəmilərin heyət üzvləri ilə görüşündə dənizçilərə göstərilən diqqət və qayğıdan, qarşıya qoyulan məqsəd və hədəflərdən, donanmalarımızın yenilənməsi prosesindən, beynəlxalq dəniz daşımalarındakı mövqelərimizin möhkəmlənməsindən danışıb. Eyni zamanda gəmiçiliyin beynəlxalq sularda fəaliyyətinin genişləndirilməsi ilə əlaqədar qarşıya qoyulan tapşırıqların icrası ilə əlaqədar görülən və görüləcək işlər barədə ətraflı məlumat verib.
Bir 7 nəfər şəkili ola bilər
Sədr bildirib ki, hazırda xarici sularda üzən gəmi heyətlərinin hazırlıq səviyyəsi xüsusi önəm daşıyır. O, heyət üzvlərinin işə münasibəti, nizam-intizamı, liman nəzarət müfəttişləri tərəfindən aparılan yoxlamalar zamanı komandir heyətinin məsuliyyəti barədə ciddi tapşırıq və tövsiyələrini verib.
Daha sonra Rauf Vəliyev gəmiçiləri dinləyərək onların qayğıları və problemləri ilə maraqlanıb.
Rauf Vəliyev Gürdesan tərsanəsinin fəaliyyəti və imkanları ilə də yaxından tanış olub. O həmçinin zavod rəhbərliyi ilə görüşərək cari və gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıb.
Share: