Batumidə oteldə yanğın: 11 ölü, 21 yaralı

Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində “Leogrand” otelində güclü yanğın başlayıb.

APA-nın məlumatına əsasən, hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub.

Hazırda oteldən insanlar təxliyə olunur.

***

Batumidə “Leogrand” hotelindəki yanğında 4 nəfər ölüb, 10 nəfər isə xəsarət alıb.

Xəstəxanaya çatdırılan şəxslərin arasında xarici vətəndaşlar da var. Hələlik onların hansı ölkə vətəndaşları olduqları məlum deyil.

Hadisə yerində olan Batumi şəhərinin meri Laşa Komaxidze deyib ki, hoteldən təxliyə olunmuş insanlar digər hotellərə yerləşdirilir. Onun sözlərinə görə, yanğın zamanı ölən 4 nəfərin şəxsiyyəti müəyyənləşdirilir.

***

Batumidəki “Leogrand” hotelində baş vermiş yanğın nəticəsində 11 nəfər ölüb, 21 nəfər yaralanıb.

Share: