Bakıda hərbi orkestrlərin çıxışları olacaq

28 May – Respublika Günü münasibətilə bu gün saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin çıxışları olacaq.

Bu haqda Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Orkestrlər müəyyən edilmiş 6 yerdə çıxış edəcəklər:

 

– Dənizkənarı Milli Parkda (Azadlıq meydanı qarşısında);
– Dənizkənarı Milli Parkda (Az.Neft meydanı qarşısındakı Dövlət Bayrağının önündə);
– Fəvvarələr meydanında;
– Əhmədli qəsəbəsində Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında;
– Zərifə Əliyeva parkında;
– Zabitlər parkında.

Share: