Azərbaycanlı yazar Türkiyədə “Mir Cəlal” haqqında məruzə ilə çıxış etdi

Azərbaycanlı yazar Mir Cəlal haqqında məruzə ilə çıxış edib
 
Kocaeli Böyükşəhər Bələdiyyəsi’nin həyata keçirdiyi 10-cu Kitab Sərgisində Türkiyədə Azərbaycan ədəbiyyatını təmsil edən,“Araz” yayınlarının dəstəyi ilə iştirak edən yazıçı – jurnalist Oktay Hacımusalı tədbir çərçivəsində “Azərbaycan sovet ədəbi tənqidi və Mir Cəlal Paşayev” mövzusunda çıxış edib.
Bu barədə Müstəqil.az-a  yazar özü məlumat verib.
O, bildirib ki, bu tədbir çərçivəsində qardaş ölkədə yaşayan ədəbiyyatsevərlərə Mir Cəlal yaradıcılığının müxtəlif aspektləri ilə bağlı məlumat versə də, mövzuya uyğun olaraq məruzə Mir Cəlal imzasının Azərbaycan ədəbi tənqidindəki yerinə həsr olunub.
“Azərbaycan ədəbiyyatşünaslığında özünəməxsus yeri olan Mir Cəlal yaradıcılığı ilə bağlı Türkiyəli oxuculara məlumat verərkən, onun yazdığı monoqrafiyalardan, elmi məqalələrdən sitatlar gətirib ədəbiyyatımızda açdığı elmi – nəzəri dolğunluq cığırını da diqqət mərkəzində saxlamağa çalışdım. Mir Cəlal haqqında məruzə etməyin əslində nə qədər məsuliyyətli bir iş olduğunun fərqində idim, çünki, məruzəmdə də qeyd etmişdim ki, ədəbi tənqidimiz və ümumilikdə ədəbiyyatımız onun əsərlərindən çox şey öyrənib və bu gün də öyrənməkdədir. Ümid edirəm ki, etdiyim məruzə Türkiyəli ədəbiyyatsevərlərin xoşuna gəlib”.-Deyən yazar Azərbaycan ədəbiyyatı ilə bağlı belə silsilə məruzələri gələcəkdə də qardaş ölkədə davam etdirəcəyini bildirib.
 Müstəqil.Az adından Yazar Oktay Hacımusalıya uğurlarının davamını arzulayırıq…
FOTO:

Share: