Zərdabda mağazadan 70 min manatlıq siqaret OĞURLANDI

Zərdabda mağazadan 70 min manatlıq siqaret oğurlanıb.
Bu haqda Moderator.az-a Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki mağazaların birindən 70000 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Mayıl Əsədov və Abdulla Kərimov saxlanılıb.
Müstəqil.Az

Share: