Bakıda nənə və nəvə yük maşınının altında qaldı…

Bakı şəhərinin Binəqədi rayonunda ağır yol qəzası baş verib.
Gecə saatlarında “Mercedes” markalı yük maşını yolu keçən 80 yaşlı Zəhra Binnətova ilə 13 yaşlı nəvəsi Elviranı vurub. Ağır xəsarət alan nənə və nəvəsi 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, Z.Binnətovanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.(lent.az)
Müstəqil.Az
Share: