Yüz minlərlə istifadəçi “WhatsApp”sız qalacaq

“WhatsApp” messenceri 2018-ci ildə bəzi əməliyyat sistemlərini dəstəkləməyəcək.
Müstəqil.az-ın xəbərinə görə, bu barədə International Business Times nəşri məlumat yayıb.
2018-ci ilin yanvar ayının 1-dən “WhatsApp” messenceri “Windows 8.0” və ondan daha əvvəlki əməliyyat sisteminə malik smartfonlarda, həmçinin “BlackBerry OS” və ya “BlackBerry 10” markalı telefonlarda işləməyəcək.
Bundan “Nokia S40”, 2020-ci ildən isə “Android 2.3.7” bazasında işləyən smartfonların sahibləri məşhur messencerə çıxışdan məhrum olacaqlar.

Share: