Yeni nazir Qarabağ atlarına baş çəkdi – Foto

Regionlara səfər çərçivəsində Kənd Təsərüfatı naziri İnam Kərimov Ağcabədi rayonunun Xamtorpaq ərazisində yerləşən Ağdam atçılıq təsərrüfatında inşa edilən müasir atçılıq kompleksi ilə tanış olub.

Nazirlikdən  verilən məlumata görə, İnam Kərimov təsərrüfatda bəslənilən atların saxlanma şəraiti ilə maraqlanıb.

Nazir deyib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bayrağı tezliklə Şuşada dalğalanacaq və Qarabağ atları Cıdır düzündə yenə də çapacaq.


Share: