Yeni baş nazirin taxdığı saat neçəyədir? – Foto

Bu gün baş nazir təyin edilən Novruz Məmmədov siyasilər arasında ən ucuz saat taxır.

Müstəqil.Az istinad edərək xəbər verir ki, bu sözləri Azərbaycanda əksər məşhurlarının və siyasətçilərin tez-tez üz tutduğu ölkənin ən məşhur saatsazı Hacı Fətəliyev Modern.az-a verdiyi geniş açıqlamasında bildirib.

Məşhur saatsazın sözlərinə görə, siyasilərin, deputatların əksəriyyəti təmirə ehtiyacı olan saatını sürücüsü ilə göndərsə də, N.Məmmədov saatını təmirə həmişə özü gətirib:

“Deputatların çoxu saatı xarab olanda mənə göndərir. Amma əksəriyyəti sürücüylə göndərir ki, Hacıya ver, düzəltsin. Prezidentin Xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov isə bir neçə dəfə saatını təmirə özü gətirib, düzəltmişəm. Düzü, çox da bahalı saat deyildi”.

Mütəqil.Az

        Share: