13 qurumun rəhbəri NK-nın yeni tərkibində yoxdur – Siyahı

Prezident İlham Əliyevin sərəncamı ilə bu gün Nazirlər Kabinetinin yeni tərkibi təsdiqlənib.

Müstəqil.Az xəbər verir ki, Nazirlər Kabinetinin əvvəlki tərkibini baş nazir, nazir müavinləri və nazirlərdən (cəmi 25 idi) başqa, həm də 9 komitə, 2 administrasiya, 6 xidmət sahəsi təşkil edirdi.

Hazırda Prezidentin təsdiq etdiyi Nazirlər kabinetinin yeni tərkibində bu komitələr yoxdur:

1. Dövlət Gömrük Komitəsi

2. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

3. Dövlət Statistika Komitəsi

4. Diaspor ilə İş üzrə Dövlət Komitəsi

5. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

6. Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsi (Ötən gün prezidentin sərəncamı ilə ləğv edilib)

7. Əmlak Məsələləri Dövlət Komitəsi

8. Dövlət Dəniz Administrasiyası

9. Dövlət Mülki Aviasiya Administrasiyası

10. Dövlət Miqrasiya Xidməti

11. Dövlət Sərhəd Xidməti

12. Milli Arxiv İdarəsi

13. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

Müstəqil.Az

Share: