Yazıçı Kamran Nəzirli “Humay” milli mükafatına layiq görülüb

“Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyəti və “Humay” Milli Mükafatı Akademiyası tərəfindən təsis olunan “Humay” milli mükafatının təqdimat mərasimi keçirilib.

Müstəqil.Az bildirir ki, “Humay” Milli Mükafatı Akademiyasının üzvləri tərəfindən hər il cəmiyyətin müxtəlif sahələrində fərqlənən şəxslərə verilir.

Bu dəfə ədəbiyyat  nominasiyası üzrə “Azərbaycan ədəbiyyatının təbliği və yayılması  sahəsində xidmətlərinə görə” yazıçı Kamran Nəzirli “Humay” Milli mükafatına layiq görülüb. Mükafatı Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar təqdim edib.

Qeyd edək ki, mükafata namizədlər Azərbaycanın yaradıcı ittifaqları və “Bakılı” Beynəlxalq Mədəni Cəmiyyəti tərəfindən irəli sürülür. Laureatlar “Humay” Milli Mükafatı Akademiyası üzvləri tərəfindən müəyyən edilir.

Müstəqil.Az

 

Share: