Jirinovski: Ermənilər Paşinyana görə peşman olacaq – Video

Ermənilər Paşinyanı hakimiyyətə gətirdikləri üçün peşman olacaqlar.

Müstəqil.Az – Axar.az-a  istinad edərək xəbər verir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Dumada keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, inqilab istəyənlər bilməlidir ki, ondan sonra həmişə pis olur:

“Paşinyan yaxşı nəsə etmək istəyir, amma onda heç nə alınmayacaq. Blokadada olan Ermənistanı çiçəkləndirmək olmaz. Onun daxili resursu yoxdur”.

Aytac Q.

Share: