Xidmətə yeni qəbul olunan gömrükçülər and içdilər – FOTOLAR

Bu gün xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü tədbirləri çərçivəsində Dövlət Gömrük Komitəsinin (DGK) inzibati binasının qarşısında gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilib.

Müstəqil.Az Publika.az-a istinadən xəbər verir ki, mərasimdə çıxış edən DGK sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev bildirib ki, Ulu Öndər dövlətin qurulmasında, müstəqil Azərbaycan Respublikasının formalaşmasında, Azərbaycanın beynəlxalq aləmdə tanınmasında mühüm rol oynayıb:

“Heydər Əliyevin uzaqgörən qərarları nəticəsində bu gün gömrük xidməti iqtisadi təhlükəsizliyin keşiyində duran və müasir tələblərə cavab verə biləcək bir orqana çevrilib”.

Komitə sədri qeyd edib ki, bu gün Heydər Əliyev siyasəti Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir:

“Ölkə başçısının apardığı islahatlar, gömrük işinin təşkilinə göstərdiyi dəstək nəticəsində bu gün Azərbaycan gömrüyü dünya gömrüyündə özünəməxsus yer tutub. Gömrükçülər Heydər Əliyev siyasətinə, dövlətə sadiq olduqlarını sübut etməklə, Azərbaycanın iqtisadi təhlükəsizliyini qorumaq üçün and içirlər. Gömrük qanunvericiliyinə, prinsip və əməllərinə vicdanla əməl edəcəyinizə inanıram”.

Sonra gömrük orqanlarına yeni qəbul olunan şəxslər “Gömrükçü Andı” içiblər.

Share: