Ermənistan SİLKƏLƏNİR: Saakyan da GETDİ

Ermənistanın dövlət əmlakının idarə edilməsi üzrə dövlət komitəsinin sədri Arman Saakyan istefa verib.

Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, bu haqda feysbuk səhifəsində yazıb.

Saakyan mayın 8-də “Vətəndaş müqaviləsi” Partiyasının lideri Nikol Paşinyanın baş nazir seçilməsi ilə müxalifətə keçən Respublika Partiyasının (Partiyanın rəhbəri keçmiş prezident və baş nazir Serj Sarkisyandır – red.) üzvüdür.

Share: