Türkiyədə küçələrin birinə general Polad Həşimovun adı veriləcək

Türkiyənin Elazıg vilayətinin Keban şəhərində yerləşən küçələrdən birinə Azərbaycan Ordusunun şəhid generalı Polad Həşimovun adı veriləcək.

BAKU.WS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Keban şəhərinin bələdiyyəsinin toplantısında qərar qəbul olunub.

“Axıtdıqları qan və fəda etdikləri canları ilə torpağı vətən edən şəhidlərimizi və bütün qəhrəmanlarımızı hörmətlə yad edirik. Yerləri cənnət olsun”, – deyə bələdiyyənin təsdiq etdiyi sənəddə qeyd olunub.

 

Müstəqil.Az

 

Share: