Texasda təyyarə qəzaya uğradı: Bütün sərnişinlər sağ qaldı

ABŞ-ın Texas ştatında kiçik “Douglas DC-3” təyyarəsi qəzaya uğrayıb. Təyyarə havaya qalxarkən qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 13 nəfərin hamısı sağ qalıb.
Qeyd olunur ki, sərnişinlərdən biri ciddi yanıq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib, daha 7 nəfər isə yüngül zədələr alıb.
Qəzadan sonra hadisə yerində yanğın baş verib, lakin bir neçə dəqiqə sonra yanğınsöndürənlər tərəfindən söndürülüb.Hadisənin səbəbləri araşdırılır.(Trend)

Share: