Tanınmış aktyor vəfat etdi

Aktyor Adam Nina 56 yaşında dünyasını dəyişib.

Kulis.az xəbər verir ki, bu barədə aktyorun həmkarı öz instaqramında məlumat verib.

“Birlikdə oynamaq fürsəti və zövq aldığım görkəmli aktyor Adamın ailəsinə dərin hüznlə başsağlığı verirəm. Adam xeyirxah insan idi. Ruhu şad olsun”, deyə paylaşımda qeyd olunub. Sənətçinin ölüm şəraiti və səbəbi hələ açıqlanmayıb.

Nina Netflix-in “Lupin” serialında Leonardonu canlandırıb. Həmçinin, aktyor “Nicolas le Flock”, “Praying Mantis”, “Julie Lescaut” kimi layihələrdə yer alıb.

Share: