“Rusiyanın Ukraynada qalib gəlməsi təhlükəli ismarış olacaq”

“Rusiya Prezidenti Vladimir Putin Ukraynada qalib gəlsə, bu, ukraynalılar üçün faciə olacaq”.

“Qafqazinfo” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Yaponiya Silahlı Qüvvələrinin İruma hərbi bazasına səfəri zamanı deyib. 

Onun sözlərinə görə, bununla yanaşı, bu, dünya üzrə avtoritar liderlər üçün çox təhlükəli ismarış olacaq: “Sözügedən bu ismarış isə “əgər onlar hərbi gücdən istifadə edərlərsə, öz məqsədlərinə çata bilərlər”dən ibarətdir”.

 


Share: