Təbrizdə skandal: Voleybolçular erməni dilində qarşılandı – Video

Beynəlxalq voleybol yarışı üçün Güney Azərbaycana gələn xarici voleybolçular Təbriz hava limanında kürd və erməni dillərində qarşılanıb.

Teleqraf.com xəbər verir ki, olay güney azərbaycanlıların kəskin etirazına səbəb olub.

İyulun 14-də Urmiyada keçiriləcək yarışlara qatılmaq üçün Kanada, Polşa və Rusiya komandaları Təbrizə gəliblər.

Məlumata görə, əcnəbi idmançılar Təbriz hava limanında kürd və erməni dilində danışan uşaqlar tərəfindən qarşılanıb.

Güneyli fəallar bu kampaniyanın arxasında Qərbi Azərbaycan ostanının kürd əsilli valis Məhəmməd Mehdi Şəhriyari, əyalətin Gənclər və İdman İdarəsinin kürd əsilli başçısı Abdulla Çəməngülünün dayandığını bildirir.

Əlavə edək ki, “Təbriz 2018” layihəsinin açılış mərasimi zamanı Təbrizə səfər edən İran Prezidenti Həsən Ruhani Tehrana qayıdarkən bir kürd musiqi qrupu tərəfindən yola salınıb. Bu səhnənin görüntüləri Həsən Ruhaninin rəsmi İnstaqram səhifəsi və prezident aparatının mətbuat orqanında yayımlanıb.

Ruhaninin bu addımı güneyli soydaşlarımızın kəskin etirazına səbəb olub.
Olayın videogörüntüsünü təqdim edirik:


M
Share: