ABŞ hərbçiləri Oman körfəzində tankerdə baş vermiş partlayışda İranın əli olduğunu iddia edir.
“RİA Novosti”nin məlumatına görə, ABŞ Mərkəzi Komandanlığı yaydığı videonun bunun əyani sübutu olduğunu bildirir. Həmin görüntüdə iranlı hərbçilərin tankerdən minanı kənarlaşdırmağa çalışdığı əks olunur.
1.39 dəqiqə davam edən videoçarx müxtəlif vaxtlarda müxtəlif rakurs və məsafələrdən çəkilmiş kadlardan ərsəyə gətirilib.
ABŞ administrasiyasının nümayəndəsi bundan əvvəl CNN telekanalına açıqlamasında iranlı hərbçilərin minanı gəmidən kənarlaşdırmaqla insidentdə iştirak etmələrini ört-basdır etməyə çalışdığını söyləyib.
Mərkəzi Komandanlığın rəsmisi Bill Erban isə bildirib ki, iranlı hərbçilər partlamamış minanı ekipaj üzvlərinin həyəcan siqnalı göndərməsindən sonra kənarlaşdırıb.
B.Erbanın sözlərinə görə, ABŞ Hərbi Dəniz Komandanlığına “Altair” və “Kokuka Courageous” tankerlərindən həyəcan siqnalı müvafiq ardıcıllıqla cümə axşamı 06:12 və 07:00-da daxil olub. “Kokuka Courageous” gəmisinin dənizçiləri göyərtədə aşkarladıqları qurğunu partlamış mina hesab edərək tankeri tərk edib.
ABŞ hərbçilərinin iddiasına görə, 08:09-da həyəcan siqnalından sonra insidentin baş verdiyi rayonda İran İnqilab Keşikçiləri Korpusuna aid çoxsaylı katerlər müşahidə olunub. Zabitlərdən birinin sözlərinə əsasən, İran gəmiləri “Altair” gəmisində olan dənizçiləri öz göyərtələrinə qəbul edib, həmçinin “Kokuka Courageous” gəmisindən dənizçiləri təxliyə etməyə çalışıb. Ancaq “Bainbridge” adlı ABŞ esminesi onları qabaqlayıb.









.jpg)













I’ve been playing here Top unlicensed casinos on a month and the wisdom has been great. The game assortment is tremendous, and the slots run smoothly without any lag. Registration was dexterous, and my account was verified within hours. I really appreciated the offer hospitality to bonus—the wagering requirements are fair compared to other sites. I’ve timid funds three times right away, and the boodle hits my billfold in call of an hour. Support is advantageous, still the movable app can be a particle cloddish to pressure sometimes. Influentially recommended!
Did you know your thickness is wired to return to CBD? Every human has an endocannabinoid pattern (ECS) that influences atmosphere, sleep, and safe response. CBD is unequalled because it doesn’t swathe as the crow flies to receptors like THC does; in lieu of, it encourages the bulk to partake of its own endocannabinoids more effectively. It’s like a tune-up in the interest your biological signaling, promoting efficiency and ease