Səyavuş Aslanın oğlu vəfat etdi

Mərhum Xalq artisti Səyavuş Aslanın oğlu Çingiz Aslan vəfat edib.

Kulis.az xəbər verir ki, məlumata görə, o, bir neçə gün əvvəl dünyasını dəyişib.

Çingiz Aslanın nəşi hazırda Sabunçu rayonundakı Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyindədir.

Çingiz Aslanovun ölümü ilə bağlı bəzi məqamlar da dəqiqləşib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun bir neçə gün əvvəl Maştağa qəsəbəsində yerləşən Respublika Narkoloji Mərkəzində vəfat etməsi məlum olub.

Həmin vaxt mərkəz əməkdaşları Ç.Aslanovun yaxınlarını axtarsa da, heç kimi tapa bilməyiblər.

Daha sonra Ç.Aslanovun nəşi ərazi üzrə Sabunçu Tibb Mərkəzinin morquna təhvil verilib.

Qeyd edək ki, Çingiz Aslan spirtli içki aludəçisi idi.

Share: