Yağışdan Sonra Günəş” həyatın mənasını itirdiyini düşünən insanın öz daxilində apardığı mübarizədən bəhs edən psixoloji-fəlsəfi və motivasiyalı kitabdır. Gənc oğlan həyatındakı çətinliklər, qorxular və suallarla üz-üzə qalarkən sirli kitab satıcısı ilə tanış olur. Bu görüş onun həyata, sevgiyə, ümidə və pula olan baxışını dəyişməyə başlayır.
“Yağışdan Sonra Günəş” 16 yaşına çatmış övladınıza verə biləcəyiniz ən dəyərli və mənalı hədiyyələrdən biridir. Çünki bəzən övladımıza verə biləcəyimiz ən böyük hədiyyə bir əşya deyil, onun həyatını, özünü və gələcəyini daha dərindən anlamasına kömək edən bir kitabdır.





















