Messi Səudiyyə Ərəbistanına səfərə görə üzr istədi

Lionel Messi Səudiyyə Ərəbistanına səfər etdiyi üçün PSJ-dən üzr istəyib.

O, müvafiq bəyanatını sosial şəbəkədə dərc edib.

“Mən düşünürdüm ki, onlar həmişə olduğu kimi, oyundan sonra bizə bir gün istirahət verəcəklər. Mən səfəri ləğv edə bilmədim. Çünki daha əvvəl bir dəfə təxirə salmışdım. Komanda yoldaşlarımdan üzr istəyirəm və klubun qərarını gözləyirəm”, – deyə futbolçu bildirib.

Xatırladaq ki, Paris klubu argentinalı futbolçunu icazəsiz Yaxın Şərqə getdiyi üçün iki həftəlik oyunlardan uzaqlaşdırıb.

Share: