Ramiz Rövşən və Səlim Babullaoğlu beynəlxalq mükafata layiq görüldü

Ramiz Rövşən və Səlim Babullaoğlu “Personalite” Qızıl Medalı ilə təltif edilib.

Kulis.az xəbər verir ki, Moldovada fəaliyyət göstərən “Personalite ” Beynəlxalq İctimai Birliyinin (Asociaţia Internaţională Obştească “Personalitate”) eyniadlı nəşri bu ilin aprel ayının 14-də “Personalite” / “Şəxsiyyət” Qızıl Medalının təqdimetmə mərasimini keçirib.

Azərbaycandan medal Xalq şairi Ramiz Rövşənə və şair Səlim Babullaoğluna verilib.

Toplunun tərtibçisi və naşiri “Personalite” Beynəlxalq İctimai Birliyinin prezidenti, Moldova Yazıçılar Birliyinin üzvü, akademik Sergey Yevstratyevdir.

Share: