“Qarabağ”ın məşqində bədbəxt hadisə: Ürəyi dayanan milli üzvünün son durumu AÇIQLANDI

“Qarabağ”ın əvəzedici komandasının məşqdə ürəyi dayanan futbolçusu Şirxan Həsənzadə paytaxtda yerləşən özəl klinikalardan birinə yerləşdirilib.

Oxu.Az xəbər verir ki, 20 yaşlı futbolçunu hələ də ayıltmaq mümkün olmayıb.

Ş.Hüseynzadə məşq zamanı birdən yerə yıxılıb. Bundan sonra o, təcili tibbi yardımın köməyi ilə dərhal xəstəxanaya aparılıb.

14:56

“Qarabağ”ın əvəzedici komandasının məşqində xoşagəlməz hadisə yaşanıb.

Oxu.Az saytının əldə etdiyi məlumata görə, hazırlıq prosesində müdafiəçi Şirxan Həsənzadənin ürəyi dayanıb. O, təcili tibbi yardımın köməyi ilə dərhal xəstəxanaya çatdırılıb.

Azərbaycan U-21 millisinin üzvünün həyatı üçün təhlükənin olduğu bildirilir.

Faiq Tahirov

Share: