Ramazan ayı başa çatana qədər İsrail Qüdsü fələstinlilərin ziyarəti üçün bağladı

Ramazan ayı başa çatana qədər İsrail Qüdsü fələstinlilərin ziyarəti üçün bağlayıb.
Trend-in məlumatına görə, buna səbəb HƏMAS tərəfindən mümkün ola biləcək hücumların qarşısını almaqdır.
Bu isə o deməkdir ki, Qəzza sakinləri Əl-Əqsa məscidini ziyarət edə bilməyəcəklər.
Qeyd edək ki, hər il Ramazan ayı günlərində 40-50 min fələstinli bu məscidə ziyarətə gəlir.

Share: