Qusarda üç uşaq anası intihar etdi

Qusar rayonunda üç uşaq anası intihar edib.

Müstəqil.Az-ın Report-a istinadla verdiyi məlumata görə, rayonun Köhnə Xudat kənd sakini, 1952-ci il təvəllüdlü Təranə Hüseynova özünü su ilə dolu hovuza ataraq intihar edib.

Qadının meyiti yaxınları tərəfindən hovuzda aşkar edilib.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.

Share: