Qaynadılmış limon suyu ilə 1 ayda 20 kq-a qədər arıqlayın

Günə limonlu su içərək başlamaq bədəni toksinlərdən və mikroblardan təmizləyərək həzm sistemini yaxşılaşdırır. Həmçinin qaynadılmış limon suyu ilə arıqlamaq son vaxtlarda dəbdə olan pəhrizlərdən biridir. İddia edilir ki, limon suyu ilə 1 ayda 20 kq-a qədər çəki atmaq mümkündür.

Müstəqil.Az oxucuları C vitamini mənbəyi olan qaynadılmış limon suyu pəhrizinin faydaları ilə tanış edib.

Limon C vitamini, kalsium, kalium, maqnezium və dəmirlə zəngin olan, həmçinin antioksidant xüsusiyyətlərə malik turş meyvədir. Ac qarına qaynadılmış limon suyu içmək orqanizmdə detoks təsiri yaradaraq bağırsaqlarda bakteriyaları məhv edir, orqanizmi qidalandırır və bədəni ehtiyacı olduğu enerji ilə təmin edir. Bundan başqa, limon bədəndəki yağ yandırılması prosesini sürətləndirərək piyləri əridir.

Limon suyu pəhrizi

İqredizyentlər:

5 ədəd limon

5 diş sarımsaq

Bir neçə dilim zəncəfil

2 litr su

Hazırlanması:

Limon qabığını soyun və suyunu sıxın, limon çöküntülərini kənara qoyun. Sarımsaq və zəncəfili blender köməyi ilə əzin və yaxşıca qarışdırın. 2 litr suyun üzərinə limon suyu, limon qabıqları, sarımsaq və zəncəfili atıb qanyamağa qoyun. 10 dəqiqə qaynadıqdan sonra kənara çəkin. Bu suyu hər səhər ac qarına için.

Bu su bədəndəki zərərli toksinlərin atılmasını sürətləndirir, həmçinin ödəmə qarşı olduqca təsirlidir. Qaynadılmış limon suyu sayəsində mikroblar, bakteriyalar bədəndən daha tez atılır.

Müstəqil.Az

Share: