İrana qanlı hücum: 10 hərbçi həlak oldu

İranın qərbində yerləşən Kürdüstan əyalətində İslam İnqilabı Keşikçiləri Korpusu – SEPAH-a yaraqlıların hücumu nəticəsində ən azı 10 hərbçi həlak olub.

Müstəqil.Az xəbər verir ki, bu barədə SEPAH-ın açıqlamasında deyilir.

Bildirilir ki, hücum bu gecə SEPAH-ın Merivan şəhəri yaxınlığındakı quru qoşunlarının qarovul postuna edilib.

Qeyd olunur ki, SEPAH hücumçuların bir neçəsini zərərsizləşdirməyə nail olub.

Hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Müstəqil.Az

Share: