“Qarabağ”ın legionerləri milliyə dəvət aldı

“Qarabağ”ın dörd legioneri milliyə komandalara çağırılıb.

“Qafqazinfo” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki,  Marko Yankoviç Monteneqro millisinin oktyabrın 12-də Livan ilə beynəlxalq yoldaşlıq, oktyabrın 17-də isə Avro-2024-ün seçmə mərhələsində Serbiya ilə oyunlarına dəvət alıb.

Luka Quqeşaşvili Gürcüstan millisinin oktyabrın 12-də Tailand ilə beynəlxalq yoldaşlıq, oktyabrın 15-də isə AVRO-2024-ün seçmə mərhələsində Kipr ilə oyunlarına çağırılıb.

Leandro Andrade və Patrik Andrade Kabo Verde millisinin oktyabrın 12-də Əlcəzair, oktyabrın 17-də Komor adalarına qarşı yoldaşlıq oyunlarına dəvət ediliblər.


Share: