Baku TV-nin əməkdaşı raket hücumu olan ərazidə

“İsrailin mərkəzinə ara-sıra raket hücumları olduğuna görə mən hazırda bomba sığınacağındayam”.

Bu sözləri Baku TV-nin İsraildəki xüsusi müxbiri Leyli Məhərrəm deyib.

Jurnalistin sözlərinə görə, Təl-Əviv, Ramat-Qan, Rişon-le-Sion, Petax-Tikva şəhərlərində hücumlar hiss olunub, Aşdod və Aşkelona isə birbaşa raket zərbələri endirilib.

Son məlumata görə, “Ben Gurion” hava limanı ərazisinə raket düşüb.

Bildirilib ki, İsrail Silahlı Qüvvələri artıq HƏMAS-ın tamamilə məhv edilməsi mərhələsinə keçib.

Qeyd olunub ki, 48 saat sonra HƏMAS terrorçuları tərəfindən tutulan İsrail ərazisində tam nəzarət bərpa olunub.

Həmçinin bildirilib ki, İsraildə ölənlərin sayı 800 nəfəri keçib, təqribən 2400 yaralı var.

Ətraflı süjetdə:

Share: