Polis 12 borclunu SAXLADI

Mayın 26-dan 28-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində 188 cinayət faktı qeydə alınıb, onların da 40-ı “isti izlər”lə açılıb.

 

Bundan başqa, əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub, axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 16 nəfər xəsarət alıb.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

Share: