Paşinyan Lukaşenkonu hədələməklə… – Kolerov

KTMT-də heç bir böhran yoxdur. KTMT öz iştirakçılarına ciddi məhdudiyyətlər qoymayan çox yumşaq təşkilatdır.

Müstəqil.Az xəbər verir ki, bunu “168 Jam” qəzetinə müsahibəsində erməniyönlü rusiyalı politoloq Modest Kolerov deyib.

“Ermənistan KTMT-yə öz şərtlərini diktə etmək qərarına gəlib. Bu, mümkün olmayacaq. Əsas böhran KTMT-də yox, Ermənistanın idarəçilik sistemindədir. Paşinyanın Ermənistanın mövqeyi ilə bağlı dediklərinin heç bir əhəmiyyəti yoxdur. Belə ki, qərar konsensuslə qəbul edir. Lukaşenko və Nazarbayevi təhdid etmək ona kömək etməyəcək”, – deyə o bildirib.

Müstəqil.Az 

Share: