Nəsimi rayonu 240 saylı məktəbdə şairə Esmira Günəşlə görüş keçirildi

Nəsimi rayonu 240 saylı məktəbdə şairə Esmira Günəşin kitab təqdimatı keçirilib

Nəsimi rayonu 240 saylı məktəbdə şairə Esmira Günəşin şəhidlərə həsr etdiyi “Qəlbimizdə yaşayanlar” kitabının təqdimatı keçirilib. Tədbir şəhid Tural Eyyubovun adını daşıyan sinifdə baş tutub. Tədbirdə şəhid ailələriylə yanaşı məktəbin müəllim və şagird kollektivi iştirak edib. Tədbir ilk olaraq şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsiylə başladıqdan sonra çıxış üçün ilk söz məktəbin direktoru Esmira Məmmədovaya verilib. Direktor qonaqları salamlayaraq günün əhəmiyyətindən danışaraq bildirib ki, məktəbdə 40 dənə şəhidin adını daşıyan otaqlar var. Onlardan biri də məhz şəhid Tural Eyyubovun adını daşıyır. 8 a sinif rəhbəri Yusifova Səbinə müəllimə və şagird kollektivi həmçinin 6 c sinif rəhbəri Həmidova Səbinə müəllimə və şagirdləri adından şəhid anasına şəhidin şəklinin yer aldığı xalçanı təqdim edib. Daha sonra şagirdlər öz çıxışları qonaqların alqışlarını alıblar. Sonda şəhid Tural Eyyubovun da yer aldığı “Qəlbimizdə yaşayanlar” kitabının müəllifi Esmira Günəşə söz verilib. Şairə musiqi müəlliminin müşayiəti ilə bədahətən qiraəti ilə hər kəsi kövrəltsə də, sonda qonaqlara oğlunun şəhidlər haqqında söylədiyi şeirlə qürur verici anlar yaşadıb. Şəhid anasını səhnəyə dəvət edərək kitabı təqdim edən şairənin çıxışı şagirdlər tərəfindən gül buketləri ilə qarşılanıb. Tədbir xatirə şəkilləri ilə yekunlaşdırılıb.

Esmira Günəş

Share: