Danimarkalı gənc ABŞ-ın Kopenhagendəki səfirliyinin qarşısında özünü yandırdı

Kopenhagendə gənc oğlan ABŞ səfirliyinin qarşısında özünü yandırıb.

O, dərhal xəstəxanaya yerləşdirilib.

Hadisə barədə polisin verdiyi məlumatdan məlum olub. Belə ki, hüquq-mühafizə orqanlarının əməkdaşları və yanğınsöndürənlər təcili hadisə yerinə gəliblər.

Gəncin 18 yaşlı Danimarka vətəndaşı olduğu üzə çıxıb. O, yanıq xəsarətləri alsa da, həyatı üçün təhlükənin olmadığı bildirilib.

Polis hələ də gəncin motivlərindən xəbərsizdir.

Mənbə: eurointegration.com.ua

Share: