Muzeydən mərhum prezident TURQUT ÖZALA məxsus əşyalar oğurlandı…

Türkiyənin Malatya şəhərində yerləşən Turqut Özal Muzeyindən mərhum prezidentə məxsus qol saatı və metal durbin oğurlanıb.

Müstəqil.Az  xəbər verir ki, İsmət İnönü Muzeyində isə saat, möhür və löhvə itib.

Malatyadakı muzeylərdə yoxlamalar aparan Mədəniyyət və Turizm Nazirliyinin müfəttişləri Turqut Özal və İsmət İnönünün muzeylərindən ümumilikdə 5 kolleksiyanın yoxa çıxdığını müəyyən ediblər.

İtən əşyalarla bağlı araşdırma aparılarkən bütün muzeylərə və kolleksionerlərə, hərrac mərkəzlərinə xəbərdarlıq edilb.

Share: