Feysbuk reytinqini itirdi

Feysbuk sosial şəbəkəsində xəbər lenti alqoritmlərində aparılan dəyişikliklərdən sonra şirkətin bazar qiymətində dəyəri 2,9 milyard dollar azalıb.

Müstəqil.Az Publika.az -a istinadən xəbər verir ki, Feysbuk şirkətinin reytinqinin aşağı düşməsi onun sahibi Mark Zükerberqin şəxsi varidatının da bir neçə milyard dollar azalmasına səbəb olub.

“Forbes” jurnalının apardığı araşdırmalar nəticəsində M.Zükerberq dünyanın 5-ci ən zəngin adamı olub. Onun sərvəti 73,8 milyard dollardır.

Xatırladaq ki, yaxın zamanlarda Feysbuk sosial şəbəkəsində prioritet mövzuların, önəmli postların, şəxslərin göstərilməsi üçün nəzərdə tutulan xəbər lenti aktivləşdiriləcək.

 

Share: