Kraliça nəvəsi Şahzadə Harriyə toydan əvvəl hersoq titulu verdi

Kraliça II Elizabet nəvəsi şahzadə Harriyə Sassek hersoqu titulunu verib.
Bu barədə kral ailəsinin mətbuat xidməti Harrinin amerikalı aktrisa Meqan Marklla toyu öncəsi məlumat yayıb.
“Kraliça bu gün nəvəsi Henri Uelskiyə Sassek hersoqu, Dambarton qrafı və Kilkil baronu titulunu verib”, – məlumatda deyilir.
Meqan toydan sonra Sassek hersoginyası olacaq.

Share: