Beynəlxalq səs yarışmalarında iz qoyan azərbaycanlı iştirakçılar – VİDEO

Dünyada keçirilən müxtəlif səs yarışmalarında iştirak edən azərbaycanlı iştirakçılar öz maraqlı ifa tərzləri ilə yadda qalmağı bacarıblar. 
“The Voice” yarışması dünyanın ən tanınmış və baxımlı musiqi yarışmalarından biridir. Dünyanın ən nüfuzlu ölkələrində təşkil olunan bu yarışmalara qatılan azərbaycanlı iştirakçılar da az deyil.
Moderator.az dünyanın müxtəlif ölkələrində yarışmalardada öz gözəl səsləri ilə azərbaycanı tanıdan ifaçıları təqdim edir:
Elnur Hüseynov
 
 2014-cü ildə “O səs Türkiyə” yarışmasının qalibi olub. Onun ifasına bütün münsiflər dönüb.
Araz Hümbətli  
 
Fransanın TF1 telekanalında yayımlanan “The Voice” şousunda çıxış edən azərbaycanlı iştirakçı Araz Hümbətli yarışda qalib olmasa da öz çıxışı ilə hər kəsi heyran etməyi bacarıb.
 
 
Vaqif Nağıyev
 2014-cü ildə “The voice Ukraina” yarışmasının qalibi azərbaycanlı iştirakçı Vaqif Nağıyev olub.
Fərid Əsgərov
2013-cü ildə Rusiyanın məşhur “Qolos” mahnı müsabiqəsinin iştirakçısı olan Fərid Əsgərov qalib ola bilməsə də öz səsi ilə çoxlarının yaddaşında qalmağı bacardı.
Aygün Əskərova
2014-cü ildə Rusiyanın mahnı müsabiqəsində iştirakçı olub. Rusiyanın “Qolos” yarışmasının iştirakçısı Fərid Əskərovun həyat yoldaşıdır.

Share: