İslamiada: Azərbaycan taekvondoçusu qızıl medal qazanıb

Azərbaycanın qadın taekvondoçusu Fəridə Əzizova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

“Report”un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 67 kq-da yarışan idmançı finalda qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Share: