İranda yenə zəlzələ: 1 ölü, 56 yaralı

İranda yenə zəlzələ olub.

Müstəqil.Az Independent-ə istinadla xəbər verir ki, zəlzələ nəticəsində bir nəfər infarkt keçirərək ölüb, 56 nəfər yaralanıb.

4.2 bal gücündə olan zəlzələ Tehranın 50 kilometr qərbində baş verib. Əraziyə xeyli sayda təcili tibbi yardım maşınları və xilasetmə dəstələri cəlb edilib.

 

Müstəqil.Az

Share: