İrəvanın yeni sərsəmləməsi: “dqr”ə komanda verə bilmərik

Qarabağı sülh prosesindən uzaqlaşdırmaq mümkün deyil. İrəvan “Xankəndi”yə komanda verə bilməz.

 Müstəqil.Az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan RBK-ya müsahibəsində deyib. O, Xankəndinin danışıqlarda iştirak etməməsinin mümkünsüz olduğunu və bunun ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən guya anlaşıldığını bildirib:

“Qarabağın masa arxasında oturmaması bizim onun nümayəndələri ilə işləməməyimiz anlamına gəlmir. Əgər kimsə güman edirsə ki, biz Qarabağa zəng edib, komanda veririk, o zaman Ermənistanla Qarabağ barədə təsəvvürə sahib deyil”.üstəqil.az

Qeyd edək ki, Moskva danışıqlarında Ermənistan danışıqlar formatının dəyişdirilməsinə cəhdlərdən imtina etməsi öhdəliyini götürsə də, hər fürsətdə “dqr”dən tərəf kimi danışmaqda davam edir. Bu isə Ermənistanın sözünə və imzasına hörmət etmədiyinin daha bir görüntüsüdür.

 Müstəqil.Az

Share: