Erməni separatçılarının başçısı jurnalistləri hədələyir

Politik.am xəbər agentliyinin redaktoru Boris Murazi özünün Facebook səhifəsində bildirib ki, Qarabağ separatçılarının rəhbəri Arayik Arutyunyan onu hədələyib.

“Bir müddət əvvəl Arayik Arutyunyanın göstərişi ilə 10 nəfər ofisimizə basqın edərək özlərini həlak olan əsgərlərin valideynləri kimi təqdim etdilər. Onlar deyiblər ki, A.Arutyunyanın ünvanına deyilən sözlərə görə mən cavab daşıyıram. Məni redaksiyada görmədən onlar gediblər, lakin sonra onlardan biri mənə zəng edib və görüş tələb edib”, – Murazi yazıb.

Jurnalist onu da qeyd edib ki, hadisəyə səbəb onun Arayik Arutyunyan haqqında dediyi “O, Qarabağa xəyanət edib” sözləri olub.

Müstəqil.Az

Share: